Cəlilabad sakini sahibsiz itin hücumuna məruz qalıb

Cəlilabad sakini sahibsiz itin hücumuna məruz qalıb
# 08 oktyabr 2015 13:34 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayon sakini sahibsiz itin hücumuna məruz qalıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 8-də saat 14.00 radələrində rayonun Kazımabad kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Aqil Məhəmməd oğlu Babayev küçədən keçərkən sahibsiz it ona hücum çəkməklə sağ ayağına, sol əlinə, sağ dizinə, sağ və sol döş nahiyəsinə dişi və dırnaqları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə peyvənd vurulub və digər müvafiq tədbirlər görülüb.

Hazırda A. Babayevin vəziyyəti stabil qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR