Kerri: Rusiya və ABŞ Suriyada böhranın nizamlanması üçün birlikdə çox şey edə bilərlər

Kerri: Rusiya və ABŞ Suriyada böhranın nizamlanması üçün birlikdə çox şey edə bilərlər
# 15 dekabr 2015 18:37 (UTC +04:00)

Bakı-APA. Suriyada böhranın nizamlanmasına dair Vyana danışıqları bir sıra yeni imkanlar yaradır, Rusiya və ABŞ birlikdə çox şey edə bilərlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

“Həm “Vyana-1”, həm də “Vyana-2” çox uğurlu başlanğıcdır, danışıqlar bir sıra yeni imkanlar yaradır və tamamilə aydındır ki, Rusiya və ABŞ birlikdə çox şey edə bilərlər”, deyə Kerri bildirib.

ABŞ dövlət katibi görüşdə Rusiya tərəfinə əməkdaşlığa görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR