Dövlət ittihamçısı məhkəmənin bəraət hökmündən apellyasiya şikayəti verib

Dövlət ittihamçısı məhkəmənin bəraət hökmündən apellyasiya şikayəti verib
# 22 sentyabr 2016 07:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Dövlət ittihamçısı dələduzluqda təqsirləndirilərək məhkum edilmiş şəxsin barəsində olan hökmdən şikayət edib.

APA-nın məlumatına görə, dövlət ittihamçısı Mübariz Əliyevin barəsindəki barəsində bəraət hökmündən apellyasiya protesti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində sentyabrın 23-də baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Mübariz Əliyev və Dürdanə Əhmədovanın məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə M. Əliyevin barəsində bəraət hökmü çıxarılıb. D. Əhmədova isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək M. Əliyevin də həbs olunmasını istəyib.

Qeyd edək ki, onlar vətəndaşları yeni tikilən binada ev satmaq adı ilə aldadaraq dələduzluq etməkdə ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR