Azərbaycan həmkarlar ittifaqı hərəkatı – 110 illiyinə həsr olunan konfrans keçirilib - FOTO

Azərbaycan həmkarlar ittifaqı hərəkatı – 110 illiyinə həsr olunan konfrans keçirilib - <span style="color: red;">FOTO
# 17 oktyabr 2015 14:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan həmkarlar ittifaqı hərəkatının 110 illiyinə həsr olunmuş “Azərbaycan həmkarlar ittifaqı: tarixi, təşəkkülü və inkişafı, müasir reallıqlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə konfransı açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi yoldan danışıb, müasir dövrdə həmkarlar ittifaqlarının öz funksiyalarını həyata keçirmək üçün zəruri demokratik şəraitin yaradıldığını, beynəlxalq əlaqələrinin genişləndiyini bildirib.

Professor Vəkil Həsənov məruzəsində Azərbaycan həmkarlar ittifaqlarının yaranması, təşkilatlanması, ilk kollektiv müqavilələrin bağlanması, hazırda həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifələrdən danışıb.

Dosent Zeynəddin Şabanov qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması yolunda “Həmkarlar ittifaqları haqqında” Qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilmiş bir sıra mühüm əlavə və dəyişikliklər müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının nüfuzunu artırmış, yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaradıb, minlərlə əməkçinin iş yerini itirməsinin qarşısını almışdır. Bu dəyişikliklər, həmçinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin güclənməsinə, onların işəgötürənlərdən asılılığının azaldılmasına, cəmiyyətdə sosial tərəfdaşlığın prinsiplərinə əməl olunmasına əsas verib.

Akademiyanın Tələbə Həmkarlar Təşkilatının sədri Mahmud Mahmudov təşkilatın fəaliyyətindən, gördüyü və planlaşdırdığı işlərdən danışıb.

Tədbirin sonunda yubiley ilə əlaqədar olaraq Akademiyanın Həmkarlar ittifaqı komitəsinin işində fəal iştirakına görə qabaqcıl əməkdaşlara və tələbələrə Fəxri fərmanlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR