Nazirlik: Azərbaycanda qeydə alınan dərman vasitələrindən 7075-in qiyməti təsdiqlənib

Nazirlik: Azərbaycanda qeydə alınan dərman vasitələrindən 7075-in qiyməti təsdiqlənib
# 12 may 2016 10:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanda 10 mindən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən həmin dərman vasitələrindən 7075-in qiyməti təsdiqlənib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunlardan 5741-in qiymətləri qüvvəyə minib və hazırda apteklərdə onların satışı təsdiqlənmiş qiymətlərlə həyata keçirilir. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyun ayının 1-dən qüvvəyə minəcək: “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsi iyunun sonunadək başa çatdırılacaq. Qiymətləri təsdiqlənən dərman vasitələrinin qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində yerləşdirilib, bir sıra kütləvi informasiya vasitələrində dərc edilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir. Təsdiqlənən qiymətləri qüvvəyə minmiş dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır”.

Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR