Gəncədə şirkətdən içində külli miqdarda pul olan seyf oğurlanıb

Gəncədə şirkətdən içində külli miqdarda pul olan seyf oğurlanıb
# 29 sentyabr 2016 11:23 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluq hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən şirkət nümayəndəliyində qeydə alınıb. Maskalı bir neçə nəfər rumın gözətçisini döyərək oradan içində pul olan seyfi aparıblar. Seyfdə təxminən 60 min manata yaxın pul olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR