Ləğv olunan univermağın səhmdarları əmlakı bölüşdürəcək

Ləğv olunan univermağın səhmdarları əmlakı bölüşdürəcək
# 14 aprel 2016 07:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qanunvericiliyin tələblərinə riayət etmək məqsədilə ləğv olunan “Bakı Univermağı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılır.

APA-Economics” xəbər verir ki, yığıncağın gündəlyinə cəmiyyətin ləğvetmə balansının və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunması daxildir.

Qeyd edək ki, yığıncaq mayın 27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR