Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı məhdudlaşdırılır

Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı məhdudlaşdırılır
# 09 fevral 2016 06:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Novxanı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR