Azərbaycanda 4 bal gücündə zəlzələ olub - VİDEO

Azərbaycanda 4 bal gücündə zəlzələ olub - <span style="color: red;">VİDEO
# 13 oktyabr 2015 06:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda zəlzələ baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 13 oktyabr 2015-ci il tarixində Bakı vaxtı ilə saat 05:13-də Şəki şəhərindən 30 km cənub-şərqdə Oğuz rayonu ərazisində, 15 km dərinlikdə 4 maqnituda gücündə zəlzələ qeydə alınıb. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.

Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR