İran parlamentinin üzvü: “Ölkə vətəndaşlarından İŞİD-ə qoşulanlar var”

İran parlamentinin üzvü: “Ölkə vətəndaşlarından İŞİD-ə qoşulanlar var”
# 17 dekabr 2015 13:43 (UTC +04:00)

Tehran-Süleyman Fərzəliyev - APA. Bir neçə nəfər İran vətəndaşı İŞİD terror təşkilatına qoşulmaq üçün ölkəni tərk edib.

APA-nın "İRAN" qəzetinə istinadən verdiyi məlumata görə, bunu İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının təhlükəsizlik komitəsinin sədri Məhəmmədrza Möhsini Sani deyib. O bildirib ki, İŞİD-ə qoşulmaq üçün İran sərhədlərindən keçənlərin əksəriyyəti əcnəbidir. Komitə sədri İran ərazisindən istifadə edərək İŞİD-ə qoşulan iranlı və əcnəbilərin sayını açıqlamayıb.


Qeyd edək ki, son iki ildə bəzi İran vətəndaşlarının İŞİD-ə qoşulduğuna dair müxtəlif xəbərlər yayılır. Hələlik bu xəbərləri İslam Respublikasının rəsmiləri təsdiqləməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR