İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə 3 saylı istintaq təcridxanasında intihar etmiş şəxslə bağlı müraciət daxil olub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə  3 saylı istintaq təcridxanasında intihar etmiş şəxslə bağlı müraciət daxil olub
# 07 oktyabr 2015 11:19 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib ki, müraciətdə onun ölüm səbəblərinin araşdırılması xahiş olunur: “Lakin biz təcridxanada monitorinq keçirə bilmirik, çünki buna imkan verilmir. Bizim komitə daxili işlər, milli təhlükəsizlik, səhiyyə və digər nazirliklərlə sıx əlaqədədir. Lakin Penitensiar Xidmətin müəssisələrində monitorinq keçirilməsinə şərait yaradılmır”.

E. Behbudov bildirib ki, həmin ölüm hadisəsi komitənin illik hesabatında qeyd olunacaq.

Qeyd edək ki, oktybarın 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Rauf İsmayılov özünü asaraq intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR