Çexiyada sərnişin avtobusu qəzaya uğrayıb, 19 nəfər xəsarət alıb

Çexiyada sərnişin avtobusu qəzaya uğrayıb, 19 nəfər xəsarət alıb
# 11 sentyabr 2016 18:05 (UTC +04:00)

Bakı-APA. Çexiyanın paytaxtı Praqa şəhəri yaxınlığında sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 19 nəfər xəsarət alıb.

Yaralananlar xəstəxanaya çatdırılıb. Zərərçəkənlərin əksəriyyəti yüngül zədələniblər. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR