Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib - VİDEO

Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib - <span style="color: red;">VİDEO
# 21 noyabr 2015 01:56 (UTC +04:00)

Bakı-APA. Belçikanın paytaxtı Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin hüquq-mühafizə orqanları Parisdə baş vermiş terror aktları ilə əlaqədar əməliyyat keçirir.

Ötən axşam Belçika prokurorluğu Parisdəki qanlı hadisələrlə bağlı adı açıqlanmayan şəxsə qarşı ittiham irəli sürüb.

Saxlanılan şəxs terror qruplaşmasına qoşulmaqda təqsirli bilinir. Ona qarşı "terror təşkilatının fəaliyyətində iştirak etmək" maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR