İranın ali dini lideri ABŞ-la danışıqlara qadağa qoyub

İranın ali dini lideri ABŞ-la danışıqlara qadağa qoyub
# 07 oktyabr 2015 17:35 (UTC +04:00)

Bakı-APA. İranın ali dini lideri Əli Xamenei bundan sonra rəsmi Tehran və Vaşinqton arasında danışıqlara qadağa qoyub.

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

Əli Xameneinin sözlərinə görə, İran və ABŞ arasında danışıqlar Vaşinqtona ölkənin daxili siyasətinə təsir göstərmək imkanı yaradır. Bu məsələdə İranın nüvə proqramı ilə bağlı danışıqlar da istisna edilmir.

Qəzetin yazdığına görə, ali dini lider iki ölkə arasında birbaşa danışıqlara tam qadağa qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR