Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Fevral

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Fevral
# 19 fevral 2016 17:30 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Azez şəhərinin ələ keçməsi Türkiyə-Suriya sərhədi boyunca kürd qurşağının yaranması, Türkiyənin Suriya ilə faktiki sərhədinin aradan qalxması deməkdir. Artıq bu qurşağın qapanması üçün cəmi 98 kilometrlik ərazi qalıb, bu ərazilər də PYD terrorçularının əlinə keçsə, Türkiyənin Suriya ilə quru əlaqəsi faktiki kəsilmiş olacaq. Ankaranın Suriya ərazisinə hərbi qüvvələr yeritmək istəyinin arxasında kürd zolağının yaranmasına imkan verməmək dayanır. Əgər Türkiyənin Suriya ilə quru əlaqəsi bütünlüklə kürd terrorçuların əlinə keçərsə, bu, həm də Ankaranın Suriyadakı loyal müxalif qüvvələrə, o cümlədən hərbi yardım edə bilməyəcəyi deməkdir. Türkiyənin maraqları baxımından Suriyaya hərbi müdaxilə, Azez şəhərinin PYD-nin nəzarətindən alınması qaçılmazdır. Amma bunun üçün həm də ABŞ-ın hərbi və siyasi dəstəyi lazımdır. Çünki Türk qoşunlarının Suriya ərazisinə daxil olması Ankaranı müharibəyə çəkmək istəyən Rusiya üçün gözəl fürsətdir. Rusiya həm türk qoşunlarının mövqelərinin havadan bombardman edə, həm də BMT Təhlükəsizlik Şurasında məsələ qaldıraraq Türkiyənin işğalçı ölkə kimi tanınması barədə qətnamə qəbul etdirə bilər. Hər iki riskin aradan qalxması üçün ABŞ-ın hərbi və siyasi dəstəyi lazımdır. ABŞ isə Ankara terrorundan sonra Türkiyənin özünümüdafiə hüququ olduğunu qəbul etsə də, kürd kartından əl çəkmək istəmir. Daha doğrusu, bu kartı tam şəkildə ruslara verə biləcəyindən qorxur. Mənzərə belədir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR