Rusiya aviasiyası İŞİD-in ikinci şəxsini məhv edib

Rusiya aviasiyası İŞİD-in ikinci şəxsini məhv edib
# 31 avqust 2016 14:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Su-34 təyyarəsinin Hələb vilayətində aviazərbələri zamanı İŞİD-in ikinci şəxsinin məhv edildiyini açıqlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, aviazərbə zamanı məhv edilən terrorçular arasında İŞİD-in mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani də olub.

Bildirilir ki, o İŞİD-in rəhbəri Əbubəkr Əl-Bağdadidən sonra terror təşkilatında ikinci şəxs hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR