Nazirlik: Sarısu gölündə balıqların tələfatı qeydə alınmayıb

Nazirlik: Sarısu gölündə balıqların tələfatı qeydə alınmayıb
# 09 sentyabr 2016 14:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. ““Facebook”da şəbəkəsində Sarısu gölündə balıqların tələfatı ilə bağlı yayılan video dərhal bizim əməkdaşlar və yerli qurumlar tərəfindən araşdırılıb. Lakin belə bir fakt aşkar olunmayıb”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru müavini Ayaz Əliyev deyib.

O qeyd edib ki, bu tipli məlumatlarıı yayan istifadəçilərin ünvanları dəqiq göstərilməlidir: “Bu operativ qaydada istənilən məsələnin aparılmasına öz töhfəsini verər”.

Qeyd edək ki, “Facebook”da Sarısu gölündə balıqların tələfatı ilə bağlı video yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR