SKMF xətti ilə ilin sonunadək veriləcək kreditlərin həcmi açıqlanıb

SKMF xətti ilə ilin sonunadək veriləcək kreditlərin həcmi açıqlanıb
# 04 noyabr 2015 08:25 (UTC +04:00)

Bakı - APA-Economics. SKMF tərəfindən cari ilin 9 ayı ərzində 4 250 sahibkara 160 mln. manat həcmində kredit verilib.


Fonddan “APA-Economics”in verilən məlumata görə, ayrılan vəsait hesabına 9900-dək yeni iş yerinin açılması planlaşdırılır.

“Kreditlərin 47%-i büdcə, 53%-i qaytarılmış vəsaitlər hesabına verilib. Bu kreditlərin 64%-i regionların, 36%-i isə Bakının payına düşür”, - deyə SKMF-dan bildirib.

Fond rəsmisi əlavə edib ki, ilin sonunadək 220 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR