Sankt-Peterburqda çoxmərtəbəli binada yanğın olub, 5 nəfər ölüb

Sankt-Peterburqda çoxmərtəbəli binada yanğın olub, 5 nəfər ölüb
# 21 noyabr 2015 02:49 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Sankt-Peterburq şəhərində çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, binanın 15-ci mərtəbəsində iki mənzil yanıb. Yanğın 75 kv.m sahəni əhatə edib.

Hadisə zamanı binadan 50 nəfər təxliyyə olunub. Yanğının başvermə səbəbi barədə məlumat verilmir. Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR