Polad Bülbüloğlu Dərbəndin yubiley tədbirlərində iştirak edəcək

Polad Bülbüloğlu Dərbəndin yubiley tədbirlərində iştirak edəcək
# 16 sentyabr 2015 15:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dərbənd şəhərinin 2000 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şəhərin yubileyi sentyabrın 19-da baş qeyd olunacaq.

Yubiley tədbirlərində Rusiyanın müxtəlif regionlarından və xaricdən 40 nümayəndə iştirak edəcək. Gün ərzində şəhərin Azadlıq meydanında ənənəvi festival keçiriləcək.

Bayramın ən mühüm hadisəsi “Dərbəndin dulusçuluq dairəsi: Dərbənd qalasından Kremlin darvazasına qədər” 1000 illik musiqili teatr xronikası olacaq. Şouya qala sərhədlərindən kənarda da baxmaq mümkün olacaq. Bunun üçün şəhərin müxtəlif hissələrində LED-ekranlar quraşdırılacaq və birbaşa yayım təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR