Şamaxı sakini donaraq ölüb

Şamaxı sakini donaraq ölüb
# 06 yanvar 2016 07:53 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Şamaxı rayon sakini gecə şaxtalı havada soyuqdan donaraq ölüb. APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Elyayev Mixail Vladimiroviç ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR