Polad Bülbüloğlunun “Mədəniyyətlərin beynəlxalq dialoqu: Azərbaycan-Rusiya” kitabçası işıq üzü görüb

Polad Bülbüloğlunun “Mədəniyyətlərin beynəlxalq dialoqu: Azərbaycan-Rusiya” kitabçası işıq üzü görüb
# 01 iyun 2016 00:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Mədəniyyətlərin beynəlxalq dialoqu: Azərbaycan-Rusiya” kitabçası işıq üzü görüb. Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, nəşrə 2015-ci ilin dekabrın 14-dən etibarən Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində oxunan, multikulturalizm və müasir dünyada mədəniyyətlərin beynəlxalq dialoqu problemlərinə həsr olunan mühazirələrin materialları daxil edilib.

Müəllif dövlət-siyasi quruluşların xüsusiyyətləri, Azərbaycanın sosial və iqtisadi siyasəti, ölkənin dini və etnik müxtəlifliyini nəzərdən keçirir, Rusiya və Azərbaycanın mədəniyyətin müxtəlif sahələrdə əməkdaşlığına xüsusi diqqət yetirir.

Kitabça müəllimlər, aspirantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Polad Bülbüloğlu Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universiteti ilə uzun müddət əməkdaşlıq edir. O, universitetin təşkil etdiyi dünyanın ən böyük illik elmi-humanitar forumu olan Beynəlxalq Lixaçov elmi oxunuşlarının iştirakçısıdır.

Azərbaycan səfirinin mühazirələri universitetin 2008-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil etdiyi “Mədəniyyətlərin beynəlxalq dialoqu” diplomatik oxu proqramı çərçivəsində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR