Somalidə hotelə hücum nəticəsində ölənlərin sayı 15-ə çatıb, 20 nəfər yaralanıb - YENİLƏNİB

Somalidə hotelə hücum nəticəsində ölənlərin sayı 15-ə çatıb, 20 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 01 iyun 2016 22:22 (UTC +04:00)

Bakı-APA. Somalinin paytaxtı Moqadişoda silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb, 20 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Somali parlamentinin 2 deputatı ölüb.

“Parlament üzvləri Mahmud Məhəmməd və Abdullah Jamak hoteldə həyatlarını itiriblər. Hazırda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat başa çatmaq üzrədir”, Moqadişo polisinin məlumatında deyilir.

Qeyd edək ki, silahlılar əvvəl “Ambassador” hotelinin qarşısında minalanmış avtomobili partladıblar, sonra isə hotelə hücum ediblər.

Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

***

21:12

Bakı-APA. Somalinin paytaxtı Moqadişoda silahlıların hotelə hücumu nəticəsində azı 10 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, silahlılar əvvəl “Ambassador” hotelinin qarşısında minalanmış avtomobili partladıblar, sonra isə hotelə hücum ediblər.

Ölənlərin sayının artma ehtimalı var

Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR