İsraildən olan rəssamın Bakıda sərgisi açılıb

İsraildən olan rəssamın Bakıda sərgisi açılıb
# 31 mart 2016 11:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bakıda Müasir İncəsənət Muzeyində İsraildən olan rəssam Roy Maayanın azərbaycanlı keramika ustası Nailə Sultanla birgə hazırladığı keramika nümunələrinin sərgisi təşkil olunub.

APA-nın məlumatına görə, sərgidə Azərbaycanın incəsənət xadimləri, yəhudi icmasının üzvləri iştirak edib. Açılış nitqi ilə çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav sənətin mədəniyyətlər və cəmiyyətlər arasında körpü rolunu oynadığını və bu günki layihənin bunun göstərici olduğunu bildirib. Onun sözlərinə görə, dulusçuluq sənəti son illər sənətsevərlər tərəfindən böyük marağa səbəb olub: “Bu gün bu Müasir İncəsənət Muzeyində keçirilən bu sərgi həmin marağın göstəricisidir”.

İsrail və Azərbaycan sənət adamının birgə ərsəyə gətirdiyi layihənin adı “Xallı Tembel Papaq”dır. Əsərlərdə İsrailə məxsus Tembel papağı və çimərlikdə oynanılan kürək formasındakı keramikalar üzərində yerli keramika ustası ilə birlikdə müxtəlif əsərlər yaradıb.

Martın 28-də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində Roy Mayaan kreamika üzrə master-klas keçib. Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri Roya Mayaanın keramika üzərində çəkilmiş işləri və hazırlanma prosesi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR