Azərbaycanda parlament seçkiləri ilə bağlı hesabat AŞPA Daimi Komitəsində dinləniləcək

Azərbaycanda parlament seçkiləri ilə bağlı hesabat AŞPA Daimi Komitəsində dinləniləcək
# 19 noyabr 2015 14:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının hesabatı noyabrın 27-də AŞPA Daimi Komitəsinin iclasında dinləniləcək.

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, iclas Bolqarıstanın AŞPA Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Sofiya şəhərində baş tutacaq. Daimi Komitənin iclasında həmçinin Qırğızıstan, Belarus və Türkiyədə keçirilmiş seçkilərlə bağlı hesabatlar da müzakirə ediləcək.

Xatırladaq ki, ispaniyalı deputat Yordi Çuklanın başçılığı ilə AŞPA seçki müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini izləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR