Brent neftinin qiyməti üç aylıq maksimumu yeniləyib

Brent neftinin qiyməti üç aylıq maksimumu yeniləyib
# 18 mart 2016 13:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. London birjasında Brent markalı neftin 1 barrelinin qiyməti 1,5% dəyər qazanaraq 42,17 dollara çatıb.

"APA-Economics" xəbər verir ki, 2015-ci ilin dekabr ayından etibarən Brent markalı neftin qiyməti ilk dəfə olaraq 42 dollar həddini aşıb.

WTI markalı neft də 1,5% bahalaşaraq 41 dollara yaxınlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR