Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
# 14 yanvar 2016 13:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 16 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR