Şimali Koreya Rusiyaya məxsus yaxtanı saxlayıb

Şimali Koreya Rusiyaya məxsus yaxtanı saxlayıb
# 14 may 2016 11:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Şimali Koreya Sərhəd Xidməti Yapon dənizində Rusiyaya məxsus “Elfin” yaxtasını saxlayıb və öz sərhədlərinə doğru aparıb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat artıq Rusiyanın Şimali Koreyadakı səfiri və Rusiya Xarici İşlər Nazirliyinə çatdırılıb.

Saxlanmanın səbəbləri hələ ki, bəlli deyil. Yaxtadakıların sağ-salamat olduğu bildirilir.

Rusiyalı diplomatlara xəbər verilib ki, yaxta Kinçxek limanındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR