Devid Lidinqton: "Məhbusun azadlığa buraxılmasını alqışlayıram”

Devid Lidinqton: "Məhbusun azadlığa buraxılmasını alqışlayıram”
# 18 mart 2016 12:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Mən ötən gün Azərbaycanda siyasi motivlər əsasında həbs olunduğunu hesab etdiyimiz bir sıra məhbusun azadlığa buraxılmasını alqışlayıram”.

APA-nın xəbərinə görə, bu sözləri Böyük Britaniyanın Avropa naziri Devid Lidinqton deyib. O, hadisəni müsbət irəliləyiş adlandırıb. Nazir ölkəsinin insan haqları və demokratiya sahəsinin inkişafında əməkdaşlıq etməyə hazır olduğunu bildirib. D. Lidinqton jurnalist Xədicə İsmayıl, insan haqları müdafiəçisi İntiqam Əliyev və müxalif lider İlqar Məmmədov kimi vətəndaş cəmiyyəti üzvlərinin hələ də həbsdə qaldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR