Qusarda baş verən yol qəzasında bir nəfər ölüb

Qusarda baş verən yol qəzasında bir nəfər ölüb
# 16 sentyabr 2015 11:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qusarda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 15-də saat 18 radələrində Qusar rayonunun Yasab kəndində kənd sakini Hacıbəy Qayınbəyovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Taleh Məcidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə H. Qayınbəyov hadisə yerində ölüb.


Qusar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR