Dələduzluq etmiş şəxsə hökm oxunub

Dələduzluq etmiş şəxsə hökm oxunub
# 01 sentyabr 2016 13:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Ağayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR