Cavid Qurbanov: "Azərbaycan, Qazaxıstan, Ukrayna və Gürcüstan arasında bu gün imzalanan sənəd yeni marşrutun açılması deməkdir"

Cavid Qurbanov: "Azərbaycan, Qazaxıstan, Ukrayna və Gürcüstan arasında bu gün imzalanan sənəd yeni marşrutun açılması deməkdir"
# 14 yanvar 2016 16:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bu gün yeni protokol imzaladıq. Bu, yeni marşrutun açılması deməkdir”.

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımaları üçün rəqabət qabiliyyətli güzəştli tariflərin müəyyənləşdirilməsi haqqında protokolun imzalanması mərasimi zamanı deyib.

“Ukraynanın İzovo deyilən, Avropa ilə birləşən sahəsindən Qazaxıstanla Çinin arasında olan “Dostluq” stansiyasına qədər olan məsafədən söhbət gedir. Biz bu gün həm bərabərhüquqlu aşağı tarif siyasətini müəyyənləşdirdik, həm də bu marşrutun işlənməsi üçün daha komfort şərait yaradılmasına imza atdıq. Bizim hesablamalarımıza görə, bu marşrutla ayda ən azı 8 qatarın keçməsi mümkündür”, - deyə C. Qurbanov bildirib.

O əlavə edib ki, dünyada hökm sürən iqtisadi böhran şəraitində Azərbaycanın coğrafi mövqeyindən istifadə edib, ölkəni “hab”a çevirmək Azərbaycan prezidenti tərəfindən qarşıya qoyulmuş məqsədlərdəndir: “Bu gün biz həmkarlarımızla - Qazaxıstan, Ukrayna, Gürcüstanla birlikdə çalışırıq ki, bizim üzərimizdən daşınan yüklərin sayı artsın. Bu, Azərbaycanın valyuta gəlişini artıra bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR