Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsi əsaslı təmir olunur

Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsi əsaslı təmir olunur
# 18 yanvar 2016 06:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi çərçivəsində bu gün Bakı-Böyük Kəsik istiqamətində Alabaşlı-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmirinə başlanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, əsaslı təmir işlərinin yeni yaradılmış 11 saylı "İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir.

Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 40 km dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR