Bir neçə rayonun polis rəisi dəyişib

Bir neçə rayonun polis rəisi dəyişib
# 02 sentyabr 2016 11:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib.

APA-nın məlumatına görə, Şamaxı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Masallı rayonun Polis Şöbəsinin rəisi, Şirvan rayon Polis Şöbəsinin rəisi Şahin Mirzəyev isə tutduğu vəzifədən azad edilərək Şamaxı rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin rəisi Nəriman İmanov Nərimanov Rayon Polis İdarəsinin rəisi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR