Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
# 03 dekabr 2015 01:15 (UTC +04:00)

Bakı-APA. Türkiyədə 5,5 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Bingöl vilayətində, Kiğı yaşayış məntəqəsindən 12 km cənub-qərbdə, ocağı isə 6,3 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR