“Xalq Sığorta” ötən ilə 6,8 mln. manatlıq mənfəətlə yekun vurub

“Xalq Sığorta” ötən ilə 6,8 mln. manatlıq mənfəətlə yekun vurub
# 12 mart 2016 07:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Xalq Sığorta” ASC 2015-ci ildə aktivlərini 27,4% artıraraq 52 mln. 011,903 min manata çatdırıb. Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, hesabat dövründə şirkətin öhdəlikləri 52,8% artaraq 12 mln. 586,765 min manat olub.

Şirkətin nizamnamə kapitalı ötən il 7,1% artaraq 32 mln. 516 min manta, məcmu kapitalı isə 21% artaraq 39 mln. 425,138 min manat olub.

Hesabat dövründə şirkətin gəlirləri 22 mln. 358,161 min manat, xərcləri isə 13 mln. 779,224 min manat olub.


“Xalq Sığorta” ötən ili 6 mln. 837,250 min manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR