Bakı Evtikmə Kombinatında yanğın olub

Bakı Evtikmə Kombinatında yanğın olub
# 15 mart 2016 21:54 (UTC +04:00)

Bakı-APA. Bakıda bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 1000 kv.m olan hal-hazırda fəaliyyət göstərməyən Evtikmə Kombinatının dam örtüyü 5 kv.m sahədə yanıb. Kombinatın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köşkün taxta üzlüyü və içərisində olan “DAEWOO” markalı televizor yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR