Tovuzda avtomobil aşıb, sürücü ölüb

Tovuzda avtomobil aşıb, sürücü ölüb
# 02 fevral 2016 08:42 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb. Çeşməli kənd sakini, 1963-cü il təvəllüdlü İsmayıl Məhərrəmov idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın çökəkliyə aşıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR