Türkiyədə ağır qəza baş verib, 7 nəfər ölüb

Türkiyədə ağır qəza baş verib, 7 nəfər ölüb
# 28 avqust 2016 08:25 (UTC +04:00)

Bakı-APA. Türkiyədə ağır yol qəzası baş verib.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu gecə Adıyaman rayonunun Gölbaşı qəsəbəsinə bağlı Karaburun kəndi yaxınlığında sərnişin avtobusu ilə mikroavtobus toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılardan 5-nin durumu ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR