BMT: Rusiya təyyarəsinin vurulması Suriyada terrorçuluğa qarşı mübarizə ilə bağlı vəziyyəti çətinləşdirə bilər

BMT: Rusiya təyyarəsinin vurulması Suriyada terrorçuluğa qarşı mübarizə ilə bağlı vəziyyəti çətinləşdirə bilər
# 24 noyabr 2015 12:32 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya hərbi təyyarəsi ilə bağlı baş verən insident Suriyada terrorçuluğa qarşı mübarizə ilə bağlı vəziyyəti çətinləşdirə bilər.

APA-nın məlumatına görə, bunu BMT-nin Cenevrədəki ofisinin rəsmi nümayəndəsi Əhməd Fauzi bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulduğundan xəbərim var. Bu, bölgədə vəziyyəti çətinləşdirə bilər", - deyə Əhməd Fauzi qeyd edib.

O, BMT Təhlükəsizlik Şurasının terrorçuluğa qarşı qətnamə qəbul etdiyini xatırladıb: "Belə mübarizə insan hüquq normalarına uyğun aparılmalı, insan haqlarının müdafiəsinə və qanunlara əsaslanmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR