Bakıda silahlı insident törədən dünya çempionun apellyasiya şikayəti təmin edilməyib

 Bakıda silahlı insident törədən dünya çempionun apellyasiya şikayəti təmin edilməyib
# 21 aprel 2016 09:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində restoranda silahlı insident törətməkdə təqsirli bilinən Sənan Dünyamalıyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, ötən ilin iyunun 6-da xuliqanlıq zəminində Bakı şəhər sakini Sənan Dünyamalıyev “Kral” şadlıq sarayının binasında olan zaman özündəki “Shurshill” markalı ov tüfəngindən atəş aşıb. Hadisə zamanı şadlıq sarayının pəncərə şüşələri sınıb. İstintaq-əməliyyat qrupu əraziyə baxış keçirərkən oradan iki giliz götürüb.

Sənan Dünyamalıyev polis bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi “Shurshill” markalı ov tüfəngini təhvil verib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham edilib.


Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Sənan Dünyamalıyev 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sənan Dünyamalıyev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.


Onu da qeyd edək ki, Sənan Dünyamalıyev universal döyüş üzrə dünya çempionu olub. O, 2007-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR