Nardaran ağsaqqalı: “Əminik ki, Nardaranda baş verən hadisələrin əsas səbəbi tezliklə açılacaq”

Nardaran ağsaqqalı: “Əminik ki, Nardaranda baş verən hadisələrin əsas səbəbi tezliklə açılacaq”
# 24 dekabr 2015 09:34 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd peyğəmbərin (s) mövludu günü ilə bağlı keçirilən tədbirdə Nardaran ağsaqqalı Hacı Əlövsət Zeynalov deyib.

O qeyd edib ki, Nardaran camaatı prezidentin yanındadır: “Nardaranlılar hamısı bir nəfər kimi prezident İlham Əliyevin yanındadırlar. Biz ona inanırıq. Əminik ki, tezliklə Nardaranda baş verən hadisələrin əsas səbəbi açılacaq, bunun arxasında nələrin durduğu üzə çıxacaq. Bu gün Nardarana giriş-çıxış çətindir. Başa düşürük ki, baş vermiş hadisələr üzündən nəzarət olmalıdır və bütün bunlar bunun üçün edilir. Amma biz prezidentimizə inanırıq ki, tezliklə bu hadisəni tam çözəcək və bütün bunlar aradan qalxacaq. Biz hələ də şokdayıq ki, bizim Nardaranda belə hadisə baş verib. Dövlətimiz tezliklə bu müəmmanı açacaq. Çünki bu, Nardarana yaraşan hadisə deyildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR