Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 8 nəfər xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 8 nəfər xilas olunub
# 14 sentyabr 2015 19:32 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda 8 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıb.

Əməliyyat saat 18:13-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR