Soros dünyada yeni maliyyə böhranı barədə xəbərdarlıq edib

Soros dünyada yeni maliyyə böhranı barədə xəbərdarlıq edib
# 07 yanvar 2016 21:21 (UTC +04:00)

Bakı-APA. Dünya bazarları böhranla üzləşirlər və sərmayəçilər daha ehtiyatlı olmalıdırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə amerikalı milyarder Corc Soros Şri Lankada keçirilən iqtisadi forumda bildirib.

Sorosun fikrincə, böhran Çinin yeni inkişaf modeli tapmaq cəhdləri və yuanın devalvasiyası ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrin müsbət faiz dərəcələrinə qayıtması daha bir problem oldu. Soros hazırkı vəziyyətin ona 2008-ci ilin böhranını xatırlatdığını bildirib.

“Çin nizamlanma ilə bağlı ciddi problemlərlə üzləşib. Mən deyərdim ki, bu böhranla eynidir. Maliyyə bazarlarına nəzər saldıqda, mən 2008-ci ilin böhranını xatırladan ciddi problemlərin olduğunu görürəm”, deyə Soros qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR