Azərbaycan magistral neft-qaz kəmərləri ilə nəqli azaldıb

Azərbaycan magistral neft-qaz kəmərləri ilə nəqli azaldıb
# 15 oktyabr 2015 11:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 34,74 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,17% azdır.

Nəqletmənin 75,7%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 26,29 mln. ton neft ötürülüb. Bu da ötən ilin doqquz ayı ilə müqayisədə 0,038% azdır.

Dövr ərzində Bakı-Tbilisi-Ceyhan kəməri ilə 4,4 mln. ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10% çoxdur.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 15,57 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,68% azalma müşahidə olunub.

Qazın nəqlinin ötən illə müqayisədə 1,4% artaraq və ya 30,6% Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4,76 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR