Almaniyalı müşahidəçi: "Azərbaycanda parlament seçkiləri şəffaf keçirilir"

Almaniyalı müşahidəçi: "Azərbaycanda parlament seçkiləri şəffaf keçirilir"
# 01 noyabr 2015 14:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Azərbaycanda bundan əvvəl keçirilən seçkiləri də müşahidə etmişəm, hər dəfə olduğu kimi, bu dəfə də inkişafın şahidi oluram".


Bunu APA-ya açıqlamasında Avropa Parlamentinin sabiq üzvü, parlament seçkilərinə beynəlxalq müşahidəçi kimi qatılan Verner Münş (Werner Münch) deyib. O, Azərbaycanda keçirilən seçkilərdən razı qaldığını, müşahidə etdiyi müddətdə heç bir pozuntu aşkar etmədiyini söyləyib: "Mən 12 seçki məntəqəsində oldum. Onlardan heç birində qanun pozuntusu görmədim. Seçki prosesi çox yüksək səviyyədə təşkil olunmuşdu, məntəqələrin bəzilərində veb-kameralar da quraşdırılmışdı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR