İlin əvvəlindən "Petkim" layihələrə 87 mln. dollar yatırıb

İlin əvvəlindən "Petkim" layihələrə 87 mln. dollar yatırıb
# 08 sentyabr 2016 10:37 (UTC +04:00)

İzmir. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin 7 ayında "Petkim Petrokimya Holdinq A. Ş." tərəfindən layihələrin icrası üçün 87 mln. ABŞ dollar məbləğində sərmayə qoyulub.


"APA-Economics" xəbər verir ki, bunu bu "Petkim Petrokimya Holdinq A. Ş."-nin baş icraçı direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, ilin sonunadək investisiyaların həcmi artacaq: "Sərmayələrin əsas hissəsi qoyulub. Müqayisə üçün deyim ki, ötən ilin müvafiq dövrün ərzində layihəyə 57 mln. dollara yaxın sərmayə qoyulmuşdu".

A. Məmmədov əlavə edib ki, bu il ərzində investisiyaların əsas hissəsi külək elektrik stansiyasına yatırılıb.

O qeyd edib ki, hazırda STAR neft emal zavodu ilə "Petkim" arasında inteqrasiya işləri aparılır: "Boru xətləri çəkilir, böyük ümumi infrastruktur işləri aparılır. Bu səbəbdən də bu il yatrırdığımız sərmayələr bir az artıq olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR