Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir.
Bununla əlaqədar iyulun 1-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.