Brent neftinin qiyməti 2004-cü ildən sonra ən aşağı həddə düşüb

Brent neftinin qiyməti 2004-cü ildən sonra ən aşağı həddə düşüb
# 06 yanvar 2016 11:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,43 dollar və ya 1,2% azalaraq 1 barelə görə 35,54 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,45 dollar və ya 3,90% azalaraq 35,77 dollar olub. Beləliklə, Brent markalı neftin dəyəri 2004-cü ildən etibarən ən aşağı həddə düşüb.

ABŞ-ın UBS bankın proqnozuna əsasən, Brent neftinin dəyəri 30 dollardan aşağı enəcək. Buna baxmayaraq, bankirlər proqnozlaşdırır ki, cari ilin ikinci yarısında qiymətdə artım müşahidə olunacaq. Buna səbəb ABŞ-ın neft hasilatını azaltmaq niyyətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR