Əhməd Davudoğlu turizm sektorunun dəstəklənməsinə dair planı açıqlayıb

Əhməd Davudoğlu turizm sektorunun dəstəklənməsinə dair planı açıqlayıb
# 22 fevral 2016 11:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə turizm sektorunun dəstəklənməsi ilə bağlı planını açıqlayıb.

APA-nın xəbərinə görə, baş nazir bildirib ki, bununla bağlı turizm sahəsinə 255 milyon lirə (87 mln. ABŞ dolları) ayrılacaq. Bundan başqa, turizm şirkətlərinin 280 milyon lirəlik borclarının restrukturizasiyası (kreditlərin ödəmə şərtlərinin dəyişdirilməsi) da nəzərdə tutulub.

Əhməd Davudoğlu bildirib ki, Türkiyəyə turist gətirən 1-ci dərəcəli turizm agentliklərinə dəstək veriləcək. O, Rusiyadan Türkiyəyə gedən turistlərin sayının azalmayacağına əmin olduğunu vurğulayıb: “Bu məsələni siyasi qərarla dəyərləndirmək doğru olmaz. Rus xalqı birdən-birə dincəlmək üçün Türkiyəni seçməyib. Gəliblər, görüblər, bəyəniblər, növbəti il yenə gəliblər. Onlar yenə də gələcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR